...

Sürücülərin nəzərinə: Magistral avtomobil yollarında təmir işləri aparılır

Gündəm Materials 24 Avqust 2018 11:52 (UTC +04:00)
Magistral avtomobil yollarında təmir işləri aparılır.
Sürücülərin nəzərinə: Magistral avtomobil yollarında təmir işləri aparılır

Bakı. Trend:

Magistral avtomobil yollarında təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 0-80 km-də və Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 06-16-cı kilometrliyində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti