...

Fərid Cəfərov: Gənclər Fondu milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yüzlərlə layihəni maliyyələşdirib

Gündəm Materials 27 Sentyabr 2018 14:47 (UTC +04:00)
Fərid Cəfərov: Gənclər Fondu milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yüzlərlə layihəni maliyyələşdirib
Fərid Cəfərov: Gənclər Fondu milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yüzlərlə layihəni maliyyələşdirib

Bakı. Elçin Mehdiyev - Trend:

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə geri qayıdışından sonra milli-mənəvi dəyərlərin təbliğinə, tariximizin araşdırılmasına, ədəbi-mədəni irsimizin tədqiq olunmasına kifayət qədər geniş yer verildi.

Trend-in məlumatına görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil edilən “Milli-mənəvi dəyərlərin təbliğində gənclər təşkilatlarının rolu” mövzusunda konfransda deyib.

F.Cəfərov bildirib ki, bu gün Azərbaycan bütün dünyada tolerant, təhlükəsizlik adası kimi səciyyələndirilir və məhz elə bu səbəbdən də tolerantlıq, multikulturalizmlə bağlı bir çox nüfuzlu beynəlxalq tədbirlər də ölkəmizdə keçirilir.

Onun sözlərinə görə, Gənclər Fondu fəaliyyəti dövründə milli-mənəvi dəyərlərimizin təbliği və gənclərə aşılanması istiqamətində yüzlərlə layihəni maliyyələşdirib:

“Bundan əlavə, Gənclər Fondu olaraq tərəfdaşlarımızla birlikdə il ərzində bu mövzuda bir neçə layihələr, tədbirlər həyata keçiririk və gənclər arasında maarifləndirməni maksimal dərəcədə yüksək səviyyədə tutmağa çalışırıq. Bu məsələdə gənclər təşkilatlarının üzərinə böyük bir missiya düşür və biz Gənclər Fondu olaraq bütün tərəfdaşlarımızla birlikdə bu sahədəki fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti