...

Şahmatçılarımız erməni rəqiblərini də məğlub etdilər (FOTO)

Gündəm Materials 28 Sentyabr 2018 21:30 (UTC +04:00)
Batumidə keçirilən Şahmat Olimpiadasının 5-ci turunda Azərbaycanın kişilərdən ibarət milli komandası Ermənistan yığması ilə qarşılaşıb.
Şahmatçılarımız erməni rəqiblərini də məğlub etdilər (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

Batumidə keçirilən Şahmat Olimpiadasının 5-ci turunda Azərbaycanın kişilərdən ibarət milli komandası Ermənistan yığması ilə qarşılaşıb.

Trend-in məlumatına görə, 4 oyunun yekununda Azərbaycan 2.5 - 1.5 hesabı ilə qalib gəlib.

Belə ki, şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov müvafiq olaraq Levon Aronyan və Qabriel Sarkisyanı üstələyib. Rauf Məmmədov isə Hayk Martirosyanla heç-heçə oynayıb. Yalnız təmsilçimiz Arkadi Naydiç Hrant Melkumyana yenilib.

5 turdan sonra Azərbaycan milli komandası liderliyini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti