...

Binəqədidə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib (FOTO)

Gündəm Materials 1 Oktyabr 2018 14:53 (UTC +04:00)
Binəqədidə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib
Binəqədidə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib (FOTO)

Bakı. Trend:

Binəqədidə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, qeyd edilən əlamətdar gün münasibətilə Binəqədi rayon İcra Hakimiyyətində tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Binəqədi rayon Prokurorluğunun əməkdaşları iştirak ediblər.

Tədbirin əvvəlində Ulu Öndərin büstü önünə təzə-tər qızılgüllər qoyularaq xatirəsi yad edilib.

Tədbiri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev açaraq prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. Natiq qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq öz bəhrəsini verib. Azərbaycan Respublikası digər sahələrlə yanaşı, cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində öz təcrübəsini bölüşən bir ölkəyə çevrilib.

Tədbirdə çıxış edən Binəqədi rayon prokuroru Nazim İmanov göstərilən diqqətə görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkür edib. Növbəti çıxış edən Binəqədi rayon məhkəməsinin sədri Araz Kazımov prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olduğunu bildirərək ölkə başçısının prokurorluq orqanlarına və ümumilikdə hüquq-mühafizə orqanlarına göstərdiyi diqqət və qayğını qeyd edib.

Sonda Rayon Prokurorluğunun bir qrup əməkdaşına Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti