...

Dövlət Gömrük Komitəsinin əməkdaşları barədə 3 cinayət işi başlanıb

Gündəm Materials 9 Oktyabr 2018 14:25 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi korrupsiyaya yol vermiş əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 2 material göndərib.
Dövlət Gömrük Komitəsinin əməkdaşları barədə 3 cinayət işi başlanıb

Bakı. Samir Əli - Trend:

Dövlət Gömrük Komitəsi korrupsiyaya yol vermiş əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 2 material göndərib.

Trend-in məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, hər iki material üzrə cinayət işlərinin başlanması nəzərdə tutulur: “Eyni zamanda idarədə gömrük əməkdaşlarının fəaliyyəti ilə bağlı 3 cinayət işi var ki, onların da istintaqı davam etdirilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti