...

Körfəz Əməkdaşlıq Şurasının rəsmisi: Azərbaycan mədəniyyətlərarası əlaqələr sahəsində regionda xüsusi rol oynayır

Gündəm Materials 26 Oktyabr 2018 11:36 (UTC +04:00)
Dünyadakı bir çox münaqişələr, o cümlədən ərəb dünyasındakı münaqişələr insanlar arasındakı səhv təsəvvürlər əsasında yaranır.
Körfəz Əməkdaşlıq Şurasının rəsmisi: Azərbaycan mədəniyyətlərarası əlaqələr sahəsində regionda xüsusi rol oynayır

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünyadakı bir çox münaqişələr, o cümlədən ərəb dünyasındakı münaqişələr insanlar arasındakı səhv təsəvvürlər əsasında yaranır.

Trend-in məlumatına görə, bunu Körfəz Ölkələrinin Əməkdaşlıq Şurasının Baş katibinin müavini Əbdüləziz Əbu Hamad Aluvayşeq VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Bakı Prosesi – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” adlı 3-cü plenar sessiyada çıxışı zamanı deyib.

Mərkəzi Asiyada və Qafqazda mədəniyyətlərarası dialoqla bağlı layihələrin gələcəkdə də həyata keçiriləcəyinə ümid etdiyini deyən Ə.Aluvayşeq bildirib ki, dialoqun qurulmasına özəl sektor da öz töhfəsini verə bilər.

O əlavə edib ki, Azərbaycan ticarət və mədəniyyətlərarası əlaqələr sahəsində regionda xüsusi rol oynayır.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti