...

Təhsil Nazirliyi: Məktəb direktorunun döyülməsi faktı ilə hüquq-mühafizə orqanları məşğuldur

Gündəm Materials 21 Noyabr 2018 09:25 (UTC +04:00)
Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin hücuma məruz qalması cinayət hadisəsidir.
Təhsil Nazirliyi: Məktəb direktorunun döyülməsi faktı ilə hüquq-mühafizə orqanları məşğuldur

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin hücuma məruz qalması cinayət hadisəsidir.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin sağlamlığına ciddi xəsarət yetirilib:

"Hazırda o, xəstəxanadadır. Məsələ Təhsil Nazirliyi rəhbərliyinin bilavasitə diqqət mərkəzindədir. Baş verənlər cinayət hadisəsidir. Cinayətin araşdırılması ilə hüquq-mühafizə orqanları məşğuldur. Biz baş verən hadisəni qınaya bilərik".

Qeyd edək ki, dünən Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin aktyor Rza Rzayev tərəfindən döyülməsi barədə məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti