...

Azərbaycan Qırğızıstanın keçmiş gömrük rəhbərinin ekstradisiyasına icazə verib

Gündəm Materials 10 Dekabr 2018 13:44 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın məhkəmə orqanları Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusovun həbsi və ekstradisiyasına sanksiya verib.

Trend-in məlumatına görə, A.Junusov bəzi prosedurların rəsmiləşdirilməsindən sonra Bişkekə göndəriləcək.

Qeyd olunur ki, A.Junusov Qırğızıstanı tərk etdikdən sonra ABŞ-da gizlənib və dekabrın əvvəli Bakıya gəlib.

O, dekabrın 4-ü Bakı aeroportunda saxlanılıb. A.Junusov avqustun 28-i beynəlxalq axtarışa verilmişdi.

O. vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti