...

Ətraf mühitə vurulan ziyana görə 207 min manatdan artıq cərimə tətbiq edilib

Gündəm Materials 25 Dekabr 2018 11:24 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

01-15 dekabr 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 210 akt və protokol tərtib olunub, nöqsanların məişət və istehsalat tullantılarının aradan qaldırılması üçün icrası məcburi olan 83 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 100 iş üzrə 207 400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 32 iş üzrə 14068,01 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 192 iş üzrə 148 565,07 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 36, icra qurumlarına 19, məhkəmələrə isə 5 iş göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti