...

Albaniya Azərbaycanla turizm sahəsində sıx əməkdaşlıq etmək istəyir (ÖZƏL)

Gündəm Materials 11 Mart 2019 09:50 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Albaniya turizm sahəsinə Azərbaycan investisiyalarının cəlb edilməsinə maraq göstərir. Bunu Trend-ə müsahibəsində Albaniya Prezidenti İlir Meta deyib.

Prezident bildirib: "Biz Azərbaycan şirkətlərinin Albaniyanın turizm sektoruna investisiya yatırmasında, Azərbaycan vətəndaşlarının isə Albaniyaya səfər etməsində və ölkənin gəzməli-görməli yerlərindən zövq almasında çox maraqlıyıq. Dövlətlərimizin investorlarını və turoperatorlarını təşviq etmək lazımdır ki, onlar bu sahədə layihələrin birgə maliyyələşdirilməsi ilə bağlı konkret ideyalar hazırlasınlar".

İ.Metanın sözlərinə görə, Albaniyada ilin ən azı 270 günü günəşli keçir ki, bu da elit çimərlik turizminə şərait yaradır. Həmçinin ölkə dağ turizminin inkişafı üçün xüsusi potensiala malikdir.

O qeyd edib ki, iki ölkənin müvafiq qurumları müvafiq işgüzar dairələr arasında əməkdaşlığa kömək məqsədilə böyük səylər göstərməlidir:

"Turizm Albaniya iqtisadiyyatının prioritet sektorlarından biridir, buna görə də ölkənin beşulduzlu hotelləri olan kurortlarına sərmayələrin cəlb edilməsi üçün bu yaxınlarda maliyyə stimulları zərfi hazırlanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti