Bakı. Trend:
Pakistanda rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi paradı izləyib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, paradda fəxri qonaq qismində nazir Zakir Həsənov iştirak edib.
Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.