Səhiyyə Nazirliyi bəzi qida əlavələrinin dərman vasitəsi olduğunu aşkarladı

Səhiyyə Nazirliyi bəzi qida əlavələrinin dərman vasitəsi olduğunu aşkarladı

Bakı. İlhamə İsabalayeva – Trend:

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu il ərzində bioloji fəallığa malik qida əlavələri ilə bağlı apardığı ekpertiza nəticəsində onların bəzilərinin qida əlavəsi deyil, dərman vasitəsi olduğunu aşkarlayıb.

Trend-in məlumatına görə, bununla əlaqədar mərkəz tərəfindən bioloji fəallığa malik qida əlavəsi kimi təqdim edilən 9 adda məhsulun istifadəsi üçün mənfi rəy verilib, iki qida əlavəsinin ekspertizadan keçirilməsi ilə bağlı müraciətə xitam verilib.

AEM tərəfindən bu il ərzində Türkiyənin “Akson İlaç ve Tıb. Ürünler” şirkətinin istehsalı olan, 150 ml-lik “Kanokarnit” şərbəti və həmin ölkənin “İlaç ve Tıb. Ürünler San.Tic.Ltd.Şti” şirkətinin istehsalı olan “Kanokarnit” şərbəti (150ml) ilə bağlı müraciətə xitam verilib. Buna səbəb adıçəkilən məhsulların laboratoriya sınaqlarından mənfi rəy alması olub.

AEM bu il ərzində Rumıniyanın “Metics SRL” şirkətinin istehsalı olan “MASTER MİND” şərbətinin (100 ml) ekspertizası nəticəsində bu məhsula mənfi rəy verib. Ekspertizanın nəticəsinə görə, “MASTER MİND” şərbəti tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Səhiyyə Nazirliynin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14 tarixində təsdiq olunmuş ”Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr”ə əsasən bu preparatın tərkibinə qida əlavələrinin tərkibində qadağan olunan bitkilərin siyahısından olan Convolvulus pluricaulis bitkisi daxil edilib.

Mənfi rəy verilmiş digər məhsul Türkiyənin “GH YİLDİZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ” şirkətinin istehsalı olan Maximuno (Maksimuno, kapsul, №30) adlı qida əlavəsidir. Ekspertizanın nəticələrinə əsasən, məhsul immun sistemi möhkəmləndirmək üçün tövsiyə olunan vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Selen inqredienti gündəlik istehlakın yol verilən maximal istifadə həddini aşır (tövsiyə olunan miqdar 140-150 mkq). Bundan başqa, məhsulun tərkibində olan "Exinachea angustifolia" bitkisinin xammal kimi otundan istifadə olunub. Lakin Avropa Dərman Agentliyinin tövsiyələrində bu bitkinin xammal kimi kökündə istifadə olunması barədə məlumat qeyd edilib.

Çex Respublikasının “MedPharma, spol.s.r.o” şirkətinin istehsaləı olan “Neyrolux-B” (tablet №20) tabletinin ekspertizasının nəticələrinə görə, bu məhsulda B5 (yol verilən 15 mg), B1 (yol verilən 5 mg), B2 (yol verilən 6 mg), B6 (yol verilən 6 mg) vitaminlərinin gündəlik miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir. Məhsulun 12 yaşdan aşağı uşaqlara yarım tablet tövsiyə olunduğu halda tablet üzərində bölgü xətti yoxdur.

İspaniyanın istehsalı olan “Plameca Plantas Medicinales Y Complementos Alimenticios,S.A” şirkətinin istehsalı olan “Sedaflor B Depression” kapsulu ilə bağlı mənfi rəyin verilməsinə səbəb məhsulun tərkibində bioloji fəalllığa malik qida əlavələrinin tərkibində istifadəsi qadağan edilən bitkilərinin olması olub. Ekspertizanın nəticəsinə görə, bu kapsul antidepressant xassəli, zehnin işini aktivləşdirən, beyin sinir impulslarının ötürülməsini tənzimləyən vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində alkaloidlərlə, kumarinlərlə və d. bioloji fəal maddələrlə zəngin və geniş farmakoloji spektra malik olan Withania somnifera (ashwagandha) bitkisi qida əlavələrinin tərkibində istifadəsi qadağan olunan bitkilərinin siyahısına daxildir.

Mənfi rəy verilmiş digər məhsul - Latviyanın “Solepharm Pharmaceuticals Ltd” şirkətinin istehsalı olan “Selenara Kapsul”unun (kapsul, №30) tərkibində olan Selen inqredienti gündəlik istehlakın yol verilən maximal istifadə həddini aşıb. Ekspertizanın nəticəsinə görə, bu məhsul öz tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi olub.

Bolqarıstanın “Fortex Nutraceutical LTD” şirkətinin istehsalı olan “Spirgen” şərbətinin tərkibində B 12 vitamini gündəlik istehlakın yol verilən maximal istifadə həddini aşıb. Ekspertiza nəticəsində müəyyən edilib ki, iştahanın stimullaşmasına, həzm prosesinin yaxşılaşmasına, bağırsaq mikroflorasının normallaşmasına kömək edən vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi olub. Bundan başqa, məhsulun tərkibində olan bitkilərin bitki xammalı qeyd edilməyib və bitki mənşəli inqredientlərin hansı bioloji fəal maddəyə görə standartlaşması göstərilməyib, tərkibə aid sənəd ilə qablaşma və istifadə üzrə təlimatda uyğunsuzluq aşkar edilib.

Türkiyənin ”Vefa İlaç San. ve Tic. Ltd. Şti” şirkətinin istehsalı olan “Unimac” tabletinin də tərkibində qida əlavələrinin tərkibində istifadəsi qadağan olunan Tribulus L. Bitkisindən istifadə edilib. Bu bitki yalnız dərman vasitələrinin tərkibində istifadə oluna bilər, ona görə də məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi hesab edilib.

Rumıniyanın “Flasel E” kapsulunda (№ 30) məhsulun tərkibində olan E vitamini gündəlik istehlakın yol verilən maximal istifadə həddini aşıb. Bundan başqa, məhsulun laboratoriya analizi zamanı xarici görünüşü ağ rəngli, ikihissəli kapsul,tərkibi açıq sarı, xarakterik qoxulu toz (normativ sənədlərdə ağ rəngli toz) olduğu aşkar edilib. Məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi hesab edilib.

Rumıniyanın “Nutraceutical&Cos metics SRL” şirkətinin istehsalı olan 100 ml-lik "Master Mind” şərbətinin tərkibində də qida əlavələrinin tərkibində istifadəsi qadağan olunan Convolvulus pluricaulis bitkisi olub. Ekspertiza nəticəsində məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi hesab edilib.

Qeyd edək ki, bioloji fəallığa malik qida əlavələri ilə bağlı müraciətə xitam verilməi təqdim olunmuş dosyedə məlumatların, göstəricilərin uyğunsuzluğu aşkar olunduqda, mənfi rəy isə preparatın doza məsələsində dərman vasitəsinə bərabər olduğu zamanı verilir.

Bioloji fəallığa malik qida əlavələrinin ekspertizası onların dərman vasitəsinə aid olub-olmamasının müəyyən edilməsi məqsədi ilə həyata keçirilir. Qida əlavələri dərman deyillər və qida əlavələrinin təlimatında "Dərman vasitəsi deyildir” yazılmalıdır.

Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş "Bioloji fəallığa malik qida əlavələrinin tərkibinə dair tələblər"ə görə, qida əlavələrinin tərkibində Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıya uyğun bioloji fəal maddələr və qida komponentləri istifadə edilməlidir. Onların hazırlanmasında istifadə olunan komponentlər insanın həyat və sağlamlığına zərərli təsir göstərməməlidir.

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
Böyük Britaniya COVID-keçid sistemini tətbiq edəcək
UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb
Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Polad Bülbüloğlu və Fransanın Rusiyadakı səfiri Soçi görüşünün nəticələrini müzakirə ediblər
SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır
Avropada qazın qiyməti min kubmetr üçün 1200 dolları ötüb
ABŞ investorların işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirə aparılıb
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımlar atılacaq - Səfir
Misirdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub (FOTO)
Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - Nazir
Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklər plenar iclasa tövsiyə olunub
Azərbaycanın Büdcə Məcəlləsi hazırlanır
Peşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahanın nəticələri elan olunub
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib (FOTO/VİDEO)
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb (VİDEO)
Polisin evindən "Qəhrəman ana" medalını oğurlayanlar məhkəmə qarşısına çıxarıldı
Bakıda yeni vəkil bürosu açılıb (FOTO)
Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib
Tədavülə yeni 20 qəpik buraxılıb
Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
“Azərbaycan Hava Yolları” BƏƏ turizm agentləri üçün təqdimat keçirib (FOTO)
20 manatlıq pul əsginası yenilənib (FOTO)
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub
Vətəndaşlardan 10 ədəd ov tüfəngi götürülüb
MDU-da beynəlxalq elmi konfrans keçiriləcək
Baş Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfində bir sıra əməliyyatlar üçün limit nəzərdə tutulub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 sayda tibbi xidmət daxildir - Agentlik
Bu gün dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir - Əhliman Əmiraslanov
Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi - İdarə rəisi
İl ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - MN
Yelo Bank-la pulunuz daha çox artsın
Azərbaycanda doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən rayonlar AÇIQLANDI
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Azərbaycanda neçə şəkərli diabet xəstəsi var?
Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 210 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb
Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayı açıqlanıb
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb (FOTO)
İlkin tanışlıq Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiq olması təəssüratını yaradır - ANAMA rəhbəri
Təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb (FOTO)
Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir - İdarə rəisi
Azyaşlıların narkotik istifadəsinə səbəb valideyn nəzarətsizliyidir - Orxan Cəfərov
Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldı (VİDEO)
40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib
"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi
Azərbaycanın enerji sahəsindəki fəaliyyətləri alqışalayiqdir - İranlı nazir
Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA
General-polkovnik Kərim Vəliyev Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb (FOTO/VİDEO)
Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik - Ərdoğan
Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb (FOTO/VİDEO)
Mərkəzi Bank açıq bankçılıq texnologiyalarının dəstəklənməsi üzrə müvafiq standartların hazırlanmasını növbəti ilə planlaşdırır
Bu ərazilərdə dekabrın pensiyaları ödənildi
İranda daha 90 nəfər koronavirusdan ölüb
Mərkəzi Bankı rəqəmsal ödəniş strategiyasının əsas istiqamətlərini açıqladı
Əsas hədəfimiz "Google" istifadəçilərinin ödəniş imkanlarını asanlaşdırmaqdır - Can Avunduk
Marketlərdə də “BakıKartın” balansını artırmaq mümkün olacaq
Şəmkirdə saxta əlilik arayışları verənlərlə bağlı cinayət işi məhkəməyə göndərilib
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıb
Nağdsız ödənişlər pandemiya dövründə 40 faiz artıb - "Azericard"
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir sıra görüşlər keçirib (FOTO)
Azərbaycan və İran Astaraçay üzərində körpü və piyada keçidinin tikintisi ilə bağlı müzakirə aparıblar
Bu günə qədər 150-dən artıq qazi Türkiyəyə müalicəyə göndərilib
"YAŞAT" Fondunun rəhbəri qazilərin əlillik statusu ilə bağlı məsələyə aydınlıq gətirib
Rayonlarda avtobuslar kartla ödənişə keçə bilər
Almaniyanın yeni kansleri seçilib
PAŞA Bank Ani Ödənişlər Sisteminə qoşulub
1300-dək şəhid ailə üzvü və qazi "Məşğulluq marafonu" çərçivəsində işlə təmin edilib
Zaur Əliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən tibbi xidmətlərin statistikasını açıqlayıb
Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib
Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var - Elvin Hüseynov
"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələr reallaşdırır
Azərbaycan Karyera İnkişaf Forumu başlayıb (FOTO)
Azad edilmiş ərazilərdə "Şuşa", "Yaşma", "Zəfər" buğda sortlarının əkini aparılıb - Trend TV-nin Tərtərdən reportajı
Bacarıqlı işçi qüvvəsinin yetişdirilməsi üçün yeni proqramlar hazırlanır - Nazir
Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
Sabahın hava proqnozu açıqlanıb
Fuad Muradov "YAŞAT" marafonundan danışıb
Bu rayonlara qar yağacaq - Xəbərdarlıq
Azad olunmuş ərazilərdə bərpa işləri görüldükcə məşğulluq təmin olunacaq - Sahil Babayev
2026-cı ilədək ÜDM-də özəl sektorun payının 88 faizə çatdırılması nəzərdə tutulub - Elnur Əliyev
Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə təqdiqatlar aparılır
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılacaq
Bu il 20 min şəhid ailəsinə ödəniş təyin edilib
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
Hindistanda baş qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb - Ölənlər var
Azərbaycan vətəndaşları üçün hansı turizm istiqamətləri açıqdır? - FOTO
"YAŞAT" Fondu əlilliyin təyinatı gözlənilmədən qazilərə yardım göstərir - Ülvi Mehdiyev (FOTO)
Növbəti beş il ərzində Azərbaycanda açıq və rəqəmsal bankçılığa keçid nəzərdə tutulub - Mərkəzi Bank (FOTO)
Bütün xəbərlər