Bakı. Elnur Bağışov - Trend:
İranın İqtisad Şurasının qərarına əsasən 1 kq 1-ci dərəcəli çayın qiyməti 20% bahalaşaraq 37,2 min riala (təxminən 0,88 dollar) çatıb.
Trend-in məlumatına görə, bunu İranın Çay Təşkilatının sədri Həbib Cahansaz jurnalistlərə verdiyi açıqlamada deyib.
H.Cahansazın sözlərinə görə, 2-ci dərəcəli çay isə 21% bahalaşaraq 18,4 min riala (təxminən 0,44 dollar) çatıb.
İqtisad Şurası tərəfindən çayın qiymətinin cüzi şəkildə artırılmasından gileylənən təşkilat sədri bu qiymətin real olmadığını deyib:
“Çayın qeyri-qanuni şəkildə ölkədən çıxarılmasının qarşısını almaq və devalvasiyaya görə qiyməti daha çox bahalaşmalı idi”.