...

Hacıqabulda ana və azyaşlı uşağını maşın vurub

Gündəm Materials 25 Aprel 2019 14:59 (UTC +04:00)
Hacıqabul rayonunun Meyniman kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hacıqabulda ana və azyaşlı uşağını maşın vurub

Bakı. Samir Əli - Trend:

Hacıqabul rayonunun Meyniman kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 24-də saat 13 radələrində Hacıqabul rayonunun Meyniman kəndi ərazisində Axtaçı Şirvan kənd sakini C.Quliyev idarə etdiyi "QAZ-3110" markalı avtomobillə evinin qarşısında dayanmış kənd sakinləri Esmira Əhədovanı və onun azyaşlı oğlunu vurub.

Nəticədə E.Əhədova hadisə yerində ölüb, uşaq xəstəxanaya yerləşdirilib.

Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti