...

Azərbaycanda peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək

Gündəm Materials 17 May 2019 14:29 (UTC +04:00)
Azərbaycanda peşə təhsil müəssisələri pulsuz dərsliklərlə təmin ediləcək.
Azərbaycanda peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda peşə təhsil müəssisələri pulsuz dərsliklərlə təmin ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.

Bu dəyişikliklərə əsasən, dövlət və bələdiyyə ümumi təhsil peşə təhsili müəssisələrində dərsliklərlə pulsuz təmin olunacaq. Bu, peşə təhsili sistemi üzrə tədris vəsaitlərinin hazırlanmasına diqqəti artıracaq, son nəticədə peşə təhsilinin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.

Hazırda yalnız ümumi təhsil müəssisələrində oxuyanlar dərsliklərlə pulsuz təmin olunurlar.

Qanuna dəyişiklik səsvermədən sonra qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti