...

Vaqif Əsədov: Taksi sürücüsünün vurduğu məktəblilərin valideynləri şikayətçi deyil

Gündəm Materials 4 İyun 2019 18:36 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı şəhər BPİ DYPİ paytaxtda məktəblilərin vurulmasını əks etdirən yol qəzasının görüntüləri ilə bağlı məlumat yayıb.

Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə deyib ki, xəbər saytlarında və sosial şəbəkələrdə taksi sürücüsünün məktəbliləri vurması ilə bağlı yayılan videogörüntülər tərəfimizdən araşdırılıb:

"Görüntüdə əks olunan hadisə ötən ilin sentyabrın 19-da günorta saatlarında Nəsimi rayonu H.B.Əliyev küçəsində qeydə alınıb.

1935-ci il təvəllüdlü Binəqədi rayon sakini Qurban Əhmədov idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yolu keçmək istəyən məktəbliləri vuraraq digər avtomobilə sıxmaqla yol-nəqliyyat hadisəsi törədib".

V.Əsədov bildirib ki, hadisə nəticəsində məktəblilərdən biri “sağ bud çanaq nahiyyəsinin yumşaq toxumalarının əzilməsi”, digəri sümük sınıqları ilə müşayiət olunan az ağır bədən xəsarətləri alıb:

"Faktla bağlı Nəsimi RPİ-də müvafiq təhqiqat – istintaq araşdırmaları aparılmaqla, yol-nəqliyyat ekspertizası təyin edilib. Araşdırmalar nəticəsində sürücünün sərxoş olmadığı müəyyən olunub.

Aparılan araşdırma zamanı hər iki azyaşlının valideynləri ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın tam ödənilməsi səbəbindən, övladlarının sağlamlıqları ilə bağlı xəsarətlərin aradan qalxmasına görə, şikayət və tələblərinin olmadığını bildiriblər.

Qanunvericiliyə uyğun olaraq, toplanmış matreallar üzrə başlanmış cinayət işinə xitam verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti