Bakı. Samir Əli - Trend:
Abşeron rayonunda baş vermiş partlayışda iki nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, hadisə Xırdalan şəhəri 50-də yerləşən "İntertexnika" MMC-nin anbarında qaz sızmasından baş verib.
Baş verən partlayış nəticəsində şirkətin istismar rəisi, 1982-ci il təvəllüdlü Qasımov Azad Vahid oğlu və onun azyaşlı öğlu, 2013-cü il təvəllüdlü Qasımov Şəhriyar Azad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.