...

Bu il 12 icra məmuru cəzalandırılıb - RƏSMİ

Gündəm Materials 4 Sentyabr 2020 12:07 (UTC +04:00)
Bu il 12 icra məmuru cəzalandırılıb - RƏSMİ

Bakı. Samir Əli - Trend:

İcra xidmətində vətəndaşlara qarşı laqeyd münasibət göstərən, kobudluq edən icra məmurları ilə bağlı ciddi tədbirlər görülür.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev bildirib.

Rəis müavini qeyd edib ki, məsələ ilə bağlı nizam-intizam nümayiş etdirməyən icra məmurları ilə bağlı mübarizə tədbirləri davam etdirilir: "Təkcə 2020-ci ilin 6 ayı ərzində barəsində narazılıq yaranan 12 icra məmuru ilə bağlı qanuna uyğun, müvafiq tədbirlər görülüb. Bu tədbirlər davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti