...

Ziyanvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib (VİDEO)

Gündəm Materials 7 Sentyabr 2020 12:46 (UTC +04:00)
Ziyanvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib (VİDEO)

Bakı. İlhamə İsabalayeva – Trend:

Goranboy və Göygöl rayonlarının bəzi meşə ərazilərində palıd və qarağac ağaclarında aşkarlanmış xüsusi təhlükəli ziyanvericilərdən sayılan “Dəyişik İpəksarıyan” kəpənəyinə qarşı Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirliklərinin mütəxəssisləri tərəfindən mübarizə tədbirlərinə başlanılıb.

Trend-in məlumatına götrə, ETSN-nin ziyanvericilərə qarşı mübarizə üzrə mütəxəssisi Fərhad Rüstəmov bildirib ki, ziyanverici ilə sirayətlənmiş ümumilikdə 500 hektar ərazidə çiləyici aparatlardan istifadə olunmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib, ziyanvericinin çoxalmasının və daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti