...

Bu qrup üzrə qəbul planı artırılıb

Gündəm Materials 17 Sentyabr 2020 15:10 (UTC +04:00)
Bu qrup üzrə qəbul planı artırılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il V qrup üzrə qəbul planı artırılıb.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Yoxlama, ölçmə materialları şöbəsinin müdiri Natiq Əliyev deyib. Onun sözlərinə görə, ötən il V qrup üzrə 3581 plan yeri ayrılmışdı. Bu il isə plan yeri 133 yer artırılıb və yerlərin sayı 3714 olub.

N.Əliyev qeyd edib ki, bu il V qrupda bəzi ixtisaslar üzrə qabiliyyət imtahanlarının ləğv edilməsi bu qrupa olan marağı artırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti