...

Ermənistanda hazırda çaxnaşma davam edir - Beynəlxalq hüquq müdafiəçisi

Gündəm Materials 10 Noyabr 2020 17:29 (UTC +04:00)
Ermənistanda hazırda çaxnaşma davam edir - Beynəlxalq hüquq müdafiəçisi

Bakı. Samir Əli - Trend:

Ermənistanda hazırda çaxnaşma davam edir.

Trend-in məlumatına görə, bunu İnsan Haqları üzrə Beynəlxalq Standartların İnplementasiyası üzrə İşçi Qrupunun rəhbəri Kamil Səlimov deyib.

Onun sözlərinə görə, ölkəni idarə edən şəxslərin cinayətkar dəstə olduğu ortaya çıxdı: "Cinayətkarlardan ibarət strukturun isə sonu belə olmalı idi. İndi ermənilər baş naziri tapa bilmir, Milli Məclisdə bir-birlərini döyür, biabırçı vəziyyət yaranıb. Hazırda Ermənistan Azərbaycan idarəçiliyindəki nizam intizama və xalqın birliyinə heyran qalıb. Azərbaycan xalqı birləşdi və ermənilərin 30 il ərzində qurduğu istehkamı qısa müddətdə məhv etdi. İndi hamı Azərbaycanın bu gücünə təəccüb qalıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti