...

Biləsuvarın sabiq icra başçısının məhkəməsi başlayıb

Gündəm Materials 25 Noyabr 2020 16:30 (UTC +04:00)
Biləsuvarın sabiq icra başçısının məhkəməsi başlayıb

Bakı. Samir Əli - Trend:

Səbail rayon Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin yenidən uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılır.

Trend-in məlumatına görə, artıq sabiq icra başçısı məhkəməyə gətirilib və məhkəmə prosesi başlayıb.

Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu il aprelin 29-da Biləsuvar rayon İcra hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Xəbər lenti

Xəbər lenti