...

AzTV-dən işçilərin maaş və qonararı ilə bağlı açıqlama

Gündəm Materials 25 Dekabr 2020 11:25 (UTC +04:00)
AzTV-dən işçilərin maaş və qonararı ilə bağlı açıqlama

Bakı. İlhamə İsabalayeva - Trend:

Bəzən belə fikirlər səslənir ki, AzTV-də işçilərin maaş və qonararı kəsilir, bu, belə deyil.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.

Onun sözlərinə görə, işçilərin maaş və qonararının artırılması üçün iş aparılır. Yalnız 2019-20-ci illərdə 4 milyondan çox vəsait maaş və qonararlara əlavə edillib:

“Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilk gündən ictimaiyyətin üzünə açıqdır. Biz medianın üzərinə açığıq. Əgər AzTV ilə bağlı hər hansı məlumat paylaşmaq istəyirsinizsə, biz buna açığıq. AzTV ilə bağlı məlumatlar yayıldıqda bizim fikrimizin də nəzərə alınması çox vacibdir”,

Məqalədə:
Xəbər lenti

Xəbər lenti