Bakı. Trend:
Gürcüstanda son sutkada koronavirusa 417 yeni yoluxma faktı qeydə alınıb, 2 469 nəfər sağalıb, 31 pasiyent isə vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 229 169 yoluxma halı təsdiqlənib.
Yoluxanların 220 442-si sağalıb, 2 603-ü isə ölüb.