Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd edilib.
Trend xəbər verir ki, Türkiyə dövlət başçısına Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.
Xatırladaq ki, Türkiyədə vaksinasiya prosesində Çinin "Sinovak" əczaçılıq korporasiyası tərəfindən hazırlanmış "CoronaVac" inaktiv peyvəndindən istifadə olunur.
Türkiyənin Əczaçılıq və Tibbi Ləvazimat Təşkilatı laborator şəraitdə 14 gün araşdırma apardıqdan sonra ölkə ərazisində "CoronaVac" vaksininin tətbiqinə icazə verib.
X X X
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd edilib.
Trend xəbər verir ki, peyvəndləmə Ankara Şəhər Xəstəxanasında həyata keçirilib.
Qeyd edək ki, dünən də Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda peyvənd edilmişdi.