...

Dövlətə xəyanətdə təqsirləndirilən iki nəfərin məhkəməsi başlayır

Gündəm Materials 28 Yanvar 2021 09:57 (UTC +04:00)
Dövlətə xəyanətdə təqsirləndirilən iki nəfərin məhkəməsi başlayır

Bakı. Samir Əli - Trend:

Dövlətə xəyanətdə təqsirləndirilən 2 nəfərin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə. Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən Caməmməd Əbubəkirov və Heydər Məmmədovun barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə məhkəmə prosesinə hakim Eldar İsmayılovun sədrlik edəcək.

Hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilərək həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti