...

Hərbi qulluqçuların vaksinasiyası könüllülük əsasında həyata keçirilir - MN

Gündəm Materials 16 Fevral 2021 15:25 (UTC +04:00)
Hərbi qulluqçuların vaksinasiyası könüllülük əsasında həyata keçirilir - MN

Bakı. Samir Əli - Trend:

Müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə COVID-19-a qarşı vaksinasiyaya başlanılıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilir.

Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilir. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası müvafiq hərbi tibb müəssisələrində təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti