...

Bakıda istismarını başa vurmuş liftlər yenilənir

Gündəm Materials 11 Mart 2021 11:00 (UTC +04:00)
Bakıda istismarını başa vurmuş liftlər yenilənir

Baı. Ceyhun Ələkbərov - Trend:

Bakıda istismarını başa vurmuş liftlər yeniləri ilə əvəzlənəcək.

Trend-in məlumatına görə, bu barədə Lift İstehsalat Birliyinin direktoru Xalid Ələkbərov deyib. Onun sözlərinə görə, bunun üçün paytaxta 625 yeni lift gətirilib:

"İstismar müddəti başa çatmış liftlər dəyişdiriləcək, bunun üçün yeni liftlər gətirilib. Havalar əlverişli olduğu zaman köhnə liftlər yeniləri ilə əvəzlənəcək. Yeni liftlərin üstünlükləri isə ondan ibarətdir ki, onların çöl və içəri düymələri brayl əlifbası ilə işarələnib. Yükqaldırma qabiliyyəti isə 450 kiloqramdır".

Qeyd edək ki, yeni liftlər müasir görkəmi ilə də köhnələrindən fərqlənirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti