Bakı. Ceyhun Ələkbərov - Trend:
Xudat şəhərində bu günə kimi 8 mindən çox şəxsə peyvənd vurulub.
Bu barədə Trend-ə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildiriblər. Qeyd olunub ki, vaksinasiya prosesi strategiyaya uyğun davam etdirilir: "Hazırda Xudatda 40 yaşdan yuxarı şəxslərin vaksinasiyası aparılır. Yanvar ayının 18-dən bu günə kimi şəhər üzrə 8 mindən çox şəxsə peyvənd vurulub".
Xəstəxanadan bildirilib ki, vaksinasiya olunan şəxslər arasında əks-təsir qeydə alınmayıb.