...

Lerikdə sürüşmə olub, 3 ev köçürülüb (FOTO/VİDEO)

Gündəm Materials 8 Aprel 2021 11:55 (UTC +04:00)
Lerikdə sürüşmə olub, 3 ev köçürülüb (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Lerik rayonunun Veri Əliabad kəndində bəzi yerlərdə torpaq sürüşməsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə, kənddə yerləşən 3 ədəd fərdi yaşayış evinin istismarı üçün ciddi təhlükə yaranıb. Bununla bağlı mütəxəssislərin verdiyi rəyə əsasən, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürüşmə zonasında yerləşən evlərdə yaşayan ailələrin təhlükəsiz əraziyə köçürülməsi zərurəti yaranıb.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən həmin evlərdə yaşayan ailələrin müvəqqəti yaşaması üçün 3 ədəd çadır ev qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti