...

Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib

Gündəm Materials 11 May 2021 19:03 (UTC +04:00)
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib

Bakı. Trend:

Mayın 9-da saat 7 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Trend-ə Göyçay Rayon Prokurorluğundan bildirilib.

İstintaqla müəyyən edilib ki, rayon sakini Vüqar Bədəlov saat 6 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti