...

Sumqayıtın bir hissəsinə içməli suyun verilişi dayandırılır

Gündəm Materials 1 İyun 2021 17:46 (UTC +04:00)
Sumqayıtın bir hissəsinə içməli suyun verilişi dayandırılır

Bakı. Samir Əli - Trend:

Sumqayıt şəhərinin bir hissəsində içməli suyun verilişində fasilə yaranacaq.

Bu barədə Trend-ə "Azərsu" ASC_dən məlumat verilib. Məlumatda bildirilir ki, Sumqayıt şəhərini içməli su ilə ilə təmin edən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 02 iyun 2021-ci il tarixində gün ərzində Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti