...

“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub (FOTO)

Gündəm Materials 18 İyun 2021 14:53 (UTC +04:00)
“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub (FOTO)

Bakı. Trend:

Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi iyun ayının 21-də başlayacaq.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, gedişi və mərhələlər üzrə icra olunan tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib.

“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarələri iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti