13 nəfərlik növbəti erməni terrorçu dəstənin məhkəmə baxışı iyulun 1-nə təyin edilib (FOTO) (ƏLAVƏ OLUNUB)

13 nəfərlik növbəti erməni terrorçu dəstənin məhkəmə baxışı iyulun 1-nə təyin edilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində terror törətmək məqsədilə Azərbaycan ərazisinə keçən Ermənistan vətəndaşlarından ibarət silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra hüquqları izah edilib. Hakim elan edib ki, təqsirləndirilən şəxslər dövlət hesabına vəkillərlə təmin olunublar. Prosesdə məhkəmə tərkibi və vəkillər təqsirləndirilən şəxslərə təqdim edilib. Təqsirləndirilən şəxslər tərkib və müdafiəçilərə etiraz etməyib. Hakim bildirib ki, onlar istədikləri dildə ifadə verə, bundan başqa, təqsirləndirilən şəxslər ifadə verməkdən imtina edə, məhkəmə tərkibinə və vəkillərə etiraz verə bilər.

Prosesdə vəkillər vəsatətlə çıxış edərək bildirib ki, təqsirləndirilən şəxslər 2020-ci il dekabrın 13-də saxlanılıb. Amma onların həbs müddəti fevral və mart ayından hesablanıb. Vəkil bildirib ki, saxlanılan şəxslərin həbs müddəti dekabr ayından hesablansın.

Vəsatət təmin edilməyib. Müzakirələrdən sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra məhkəmə hazırlıq iclasının qərarını açıqlayıb.

Cinayət işi üzrə məhkəmə baxışı iyulun 1-ə təyin edilib. Növbəti məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsinin binasında keçiriləcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Azərbaycanda yeni musiqi aləti yaradılıb (ÖZƏL) (VİDEO)
Azərbaycanda yeni musiqi aləti yaradılıb (ÖZƏL) (VİDEO)
Məşhur Hollivud filminin əsasında serial çəkiləcək
Məşhur Hollivud filminin əsasında serial çəkiləcək
Xalq artisti Amaliya Pənahovanın barelyefi qoyulub (FOTO)
Xalq artisti Amaliya Pənahovanın barelyefi qoyulub (FOTO)
Loading Bars
Xəbər lenti
İsrail HHQ Livan sərhədində hədəflərə zərbələr endirib
Türkiyədə son sutkada koronavirusdan 6 096 nəfər sağalıb
Beyrutda etirazçılarla polislər arasında toqquşmalar olub, 84 nəfər xəsarət alıb
ABŞ ölkəyə gələn xarici vətəndaşlardan peyvənd sertifikatı tələb edə bilər
Yanğınların söndürülməsində ən önəmli dəstəyi Azərbaycan göstərib - Ərdoğan
ABŞ Livana 100 milyon dollara yaxın humanitar yardım ayıracaq
Günay Əfəndiyeva ilə Rövşən Muradov arasında görüş keçirilib (FOTO)
FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət 3-cü qrup bu gün Türkiyəyə yola düşəcək
Mövlud Çavuşoğlu: Sabah səhər Azərbaycandan ölkəmizə daha bir heyət gələcək
Azərbaycanda yeni musiqi aləti yaradılıb (ÖZƏL) (VİDEO)
Türkiyədə yanğın istilik elektrik stansiyasına yaxınlaşıb
Şəhriyar Məmmədyarov “Chessable Masters" turnirində mübarizəni dayandırıb
Türkiyə və Azərbaycan yanğınsöndürənlərinin birgə səyi ilə Dənizlidə yanğınlar söndürülüb (FOTO/VİDEO)
Ermənistan Rusiyanı Azərbaycanla münaqişəyə sürükləməyə çalışır - Rusiyalı ekspert
Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib
Britaniyada koronavirusdan ölənlərin sayı 130 minə çatıb
Azərbaycanın bu regionlarında böyrək daşı xəstəliyi daha geniş yayılıb
Azərbaycanda valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımı proqnozlaşdırılır
Şokoladın səbəb ola biləcəyi xəstəliklər açıqlanıb
Bakıda əhalinin ticarət şəbəkəsində xərclədiyi pulun məbləği açıqlanıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 996 nəfər COVID-19-a yoluxub, 202 nəfər sağalıb
Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub
SOCAR Ukraynaya 22 min tona yaxın Litva benzini tədarük edib
Hər birimiz yanğın təhlükəsizliyinə həssaslıqla yanaşmalıyıq - Deputat
Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Yoluxma sayının artması sərt karantinin tətbiq olunmasına əsas vermir - Naqif Həmzəyev
ÜST koronavirusa qarşı peyvəndlənmənin üçüncü dozasına moratorium tətbiq etməyə çağırır
Yardımlıdakı meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir (FOTO)
Türkiyədə meşə yanğınları 7 vilayəti əhatə edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Türkiyədə bir sıra görüşlər keçirir (FOTO)
Əlaqələndirmə Qərargahının iclasında işğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub (FOTO)
Azərbaycan-Türkiyə gənclərinin Beynəlxalq Zəfər Düşərgəsi uğurla yekunlaşdı (FOTO)
Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub
MİQ imtahanlarında bu fənlər üzrə vakant yerlər tam dolmayıb (FOTO)
MTRŞ müsabiqə iştirakçılarının heç birinə lisenziya vermədi - SƏBƏB
Orta məktəblər sentyabrda açılacaq? - Nazir AÇIQLADI
Türkiyədə baş verən meşə yanğınları, Qarabağda məhv edilən meşələr və tarixin dərsləri haqqında... (FOTO)
Müəllimlərin dərs saatlarını azaltmağı düzgün hesab etmirik - Təhsil naziri
Müəllimliyə namizədlər əsasən öz evinə yaxın məktəbdə işləməyə çalışır, ancaq bu, mümkün deyil - Nazir
Ağdamda bütöv bir şəhərin xarabalığa çevrildiyini görmək çox təsirləndirici idi - Fransalı deputat (ÖZƏL) (FOTO/VİDEO)
Sumqayıtda narkotik satışı ilə bağlı daha üç nəfər saxlanılıb (FOTO/VİDEO)
Müəllim işləmək üçün ən çox vakansiya bu fənlər üzrə təqdim olunur
Ermənistan XİN-ə yeni mətbuat katibi təyin olunub
Riyaziyyat və ingilis dili imtahanları nisbətən çətin olub - Emin Əmrullayev
Müdafiə naziri azad olunmuş ərazilərdəki bir neçə yeni hərbi hissədə olub (FOTO/VİDEO)
Ərdoğan Ali Hərbi Şuranın iclasını keçirib
ABŞ-dan diri quş və quşçuluq məhsullarının idxalına qoyulan qadağa götürülüb
Son üç ildə işə qəbul olunan müəllimlərin sayı açıqlandı
Gürcü ağır atlet Olimpiya oyunlarında dünya rekordunu yeniləyib
Nigeriyada kəndlərə hücum olub, 70-ə yaxın sakin qətlə yetirilib
“Mənim atam qəhrəmandır!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib (FOTO)
Ağsuda toy təşkilatçısı cərimələnib (VİDEO)
DANX-da yüksək vəzifəyə təyinat olub
İspaniyadan bəzi məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulub
“Məşğulluq marafonu”na qoşulan sahibkarların sayı artır
Azərbaycan Ordusunun yüksək səviyyəli, mütəşəkkil komandanlığı nümunə kimi gəstərilir - Deputat
İctimai nəqliyyatda reydlər aparılır: Maska taxmayanlar cərimələnir
Sabirabadda qətl hadisəsində təqsirləndirilən şəxslərin işi məhkəməyə göndərilib
Yaponiyada koronavirusa yoluxma üzrə ən yüksək göstərici qeydə alınıb
Türkiyədə antiterror əməliyyatında 2 terrorçu zərərsizləşdirilib
Birinci yarımil icbari tibbi sığorta üzrə 9 milyondan çox tibbi xidmət göstərilib (FOTO)
Daha üç qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO)
Azərbaycan və Yaponiya XİN başçıları arasında telefon danışığı olub
Erməni təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrinin bərpası üçün yeddi milyon manat ayrıldı
İranda koronavirusa yoluxanların sayı 4 milyonu keçib
Azərbaycana məxsus PUA-nın guya Ermənistana keçməsinin qarşısının alınması barədə yayılan məlumat yalandır - MN
Bank VTB (Azərbaycan) «Rapid7 Insight VM» lisenziyasının alınması ilə bağlı tender elan edir
Ağdamda beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Sosial şəbəkələrdə görüntüləri yayılan narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Hövsandakı yanğına görə stansiya rəisi 3 min manat cərimələnib
Dövlət qulluğuna qəbulla bağlı edilən əsas dəyişikliklər açıqlanıb
Rezidenturaya və hərbi liseylərə qəbul imtahanı keçirilib
Azərbaycan ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir - Hərbi ekspert
Livan İsrailə raket zərbələri endirib (VİDEO)
"WhatsApp"da yeni funksiya işə salınır
Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı mobil bank tətbiqlərinə əlavə olunub
İranda daşqınlar nəticəsində 8 nəfər ölüb, 2 nəfər itkin düşüb
Yardımlıdakı meşə yanğını lokallaşdırılıb
Azərbaycanda yemişin yeni sortları yaradılıb (FOTO)
BOS Şelf şəhid ailəsi üzvlərini və Vətən müharibəsi qazilərini işlə təmin edən ən fəal şirkətlərdən biridir – Dövlət Məşğulluq Agentliyi
ABB-dən milli paralimpiya komandasına dəstək
Tokio-2020: Azərbaycan boksçusuna medal təqdim olunub
Lənkərandakı meşə yanğını söndürülüb
Türkiyə gözləmə otağı olmayacaq - Fəxrəddin Altun
Əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə artıq 264 nəfər işlə təmin edilib
Karantini pozan restoran sahibi 4 min manat cərimələnib (FOTO)
Çexiyada sərnişin qatarları toqquşub - Ölənlər və yaralılar var (FOTO)
DİN Xəzər rayonundakı qətllə bağlı iddialara cavab verib
Sabah 41 dərəcəyədək isti olacaq
Baş Prokurorluq Avropaya qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işi barədə məlumat yayıb
Müdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara münasibət bildirib
Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası keçiriləcək
İslahatlar yalnız ordunun döyüş qabiliyyətini yüksəltməyə hesablanb - Hərbi ekspert
İsmayıllıda qaydaları pozan şadlıq sarayı aşkarlanıb
Sərhədçilərimizi öldürən İran vətəndaşının cinayət işi məhkəməyə göndərilib, daha iki nəfər axtarılır
Bankomatların sayı 8, ödəniş terminalları isə 17 faiz artırılıb
Ani Ödənişlər Sistemi üzrə ödənişlərin həcmi 97 milyon manat olub
İranda aeroportlar fəaliyyətini dayandıracaq
İnternet bankçılıq üzrə köçürmələr 59 faiz, mobil bankçılıq üzrə isə 2,4 dəfə artıb
Bütün xəbərlər