...

Həyətində 100-dən artıq qonaqla toy edən şəxs cərimələnib (FOTO/VİDEO)

Gündəm Materials 13 Avqust 2021 12:29 (UTC +04:00)
Həyətində 100-dən artıq qonaqla toy edən şəxs cərimələnib (FOTO/VİDEO)

Bakı. Trend:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pandemiya dövrünün tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayonun İtitala kənd sakini Hacı Babayevə məxsus evin həyətində keçirilən toy mərasimində 100 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən edilib.

Sanitar-karantin qaydalarını pozan toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti