...

Türkiyə yerli zirehli maşını "Pusat"ı nümayiş etdirib (FOTO)

Gündəm Materials 3 Sentyabr 2021 13:39 (UTC +04:00)
Türkiyə yerli zirehli maşını "Pusat"ı nümayiş etdirib (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin TÜMOSAN şirkəti yerli istehsal olan "Pusat" taktiki zirehli hərbi maşınının istehsalını həyata keçirir.

Trend-in məlumatına görə, şirkət hərbi maşınının istifadəsi üçün yerli və xarici şirkətlərlə danışıqlarını davam etdirir. Maşının gələcək ixracı üçün təkliflərin irəli sürüldüyü bildirilib.

Qeyd olunur ki, "Pusat" zirehli maşınının 5 min kilometrlik sınaq yürüşləri başa çatıb. Yaxın zamanlarda 20 min kilometrlik sınaq yürüşləri planlaşdırılır.

Şirkətin məlumatına görə, hazırda maşın ilkin istehsal mərhələsindədir.

"Pusat" maşını ilk dəfə demo versiyada 2017-ci ildə IDEF beynəlxalq hərbi sənaye sərgisində nümayiş etdirilib, 2019-cu ildə maşının prototipi hazırlanıb.

2021-ci ildə isə "Pusat"ın hibrid versiyası IDEF sərgisində təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti