...

Azərbaycana yeni peyvənd gətiriləcək? - Nazir müavini AÇIQLADI

Gündəm Materials 12 Oktyabr 2021 16:15 (UTC +04:00)
Azərbaycana yeni peyvənd gətiriləcək? - Nazir müavini AÇIQLADI

Bakı. Elçin Mehdiyev – Trend:

Hələ ki, Azərbaycanda dörd növ vaksin istifadə olunur və bu da kifayətdir.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə açıqlamasında Azərbaycana yeni vaksin gətirilməsi ilə bağlı suala cavab verərkən deyib.

O qeyd edib ki, əhali üçün kifayət qədər növdə vaksin təqdim edilib: “Hesab edirəm ki, hələlik Azərbaycana yeni peyvəndin gətirilmnəsinə ehtiyac yoxdur”.

Qeyd edək ki, hazırda Azərbaycanda Çinin SINOVAC, İngiltərənin AstraZeneca/Vaxzevria, Almaniyanın Biontech/Pfizer və Rusiyanın Sputnik V vaksinləri tətbiq olunur. Bunların hər biri keyfiyyətinə görə təsdiqlənmiş dünyanın ən öncül vaksinlərindən hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti