...

Tarixi Xudafərin körpüsündən FOTOREPORTAJ

Gündəm Materials 18 Oktyabr 2021 16:16 (UTC +04:00)
Tarixi Xudafərin körpüsündən FOTOREPORTAJ

Bakı. Fərid Zöhrabov -Trend:

2020-ci il oktyabr ayının 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı. Cəbrayıl rayonunda yerləşən Xudafərin tarixi körpüsü erməni işğalçılarından azad edildi. Azərbaycanın üçrəngli bayrağı 27 ildən sonra körpünün üzərində ucaldıldı. Tarixi abidə öz əzəli sahibinə qovuşdu.

Erməni işğalından azad olunan Xudafərin körpüsü XI əsrə aid unikal abidədir. Xudafərin körpüsu 1027-ci ildə Azərbaycan ərazisində, paytaxtı Gəncə olan Şəddadilər dövlətinin başçısı Fəzl Bin Məhəmmədin sifarişi ilə Araz çayı üzərində Şimali və Cənubi Azərbaycanı birləşdirmək məqsədi ilə tikilib.

Araz çayının üstündə çoxlu körpülər salınsa da, onlardan ən məşhuru Xudafərindir. Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsü həm də simvolik abidə hesab olunur.

Trend-in fotoqrafı Zaur Mustafayevin Xudafərin körpüsündən və kəndindən lentə aldığı görüntüləri təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti