Bakı. Elçin Mehdiyev – Trend:
Yaxın vaxtlarda Slovakiyadan Azərbaycana minatəmizləmə maşınları gətiriləcək.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində iki ölkə arasında praktik addımlar atılıb və artıq əməkdaşlığa start verilib:
“Slovakiya istehsalı olan yeddi ədəd minatəmizləmə maşınına dair Azərbaycanın müvafiq agentliyi ilə müqavilə imzalanıb və onların bir hissəsi yaxın zamanda Azərbaycana daxil olacaq”.