...

44 günlük Vətən müharibəsinin xronikası: 27 oktyabr

Gündəm Materials 27 Oktyabr 2021 00:00 (UTC +04:00)
44 günlük Vətən müharibəsinin xronikası: 27 oktyabr

Bakı. Fərid Zöhrabov -Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin xronikasını təqdim edir.

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində paylaşım edilib.

- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı.

- Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

- Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulub.

- Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib.

- Goranboy, Tərtər və Bərdə rayonlarının əraziləri atəşə tutulub. Ermənistanın Bərdəyə raket atəşi nəticəsində ölənlərin sayı 4-ə çatıb. Bərdədə həlak olanlardan biri 8 yaşlı uşaqdır.

- Müdafiə Nazirliyi bildirir ki, ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti