Azərbaycan Karyera İnkişaf Forumu başlayıb (FOTO)

Azərbaycan Karyera İnkişaf Forumu başlayıb (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Karyera İnkişaf Forumu keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, həmçinin millət vəkilləri, dövlət və özəl qurumların, ali təhsil müəssisələrinin nümayəndələri, karyera mərkəzlərinin təmsilçiləri, yerli və xarici spikerlər, tələbələr iştirak edir.

“Gələcəyə hazır ol!” devizi ilə keçirilən Forumun məqsədi daim dəyişən əmək bazarı barədə məlumatlılığı artırmaq, iştirakçıları gələcəyin peşə və bacarıqları ilə tanış etmək, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün atılmalı addımları müzakirə etməkdir.

S.Babayev çıxış edərək ölkədə hər il əmək bazarına təxminən 100 mindən çox gəncin daxil olmasının əmək qabiliyyətli əhalinin, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin olunması kimi qarşıya mühüm vəzifə qoyduğunu qeyd edib. Bildirib ki, əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar. Digər tərəfdən ixtisaslı işçi qüvvəsinin iqtisadi fəal əhalidə xüsusi çəkisi 35%-dən çox deyil.

Nazir Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb.

O, son 4 ildə əmək müqavilələrinin sayının 30% artaraq 1 milyon 685 minə çatdığını, əməkhaqqı fondunun 92% artdığını qeyd edib. Dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxsin işlə, 122 min şəxsin ödənişli ictimai işlərlə, 36 min şəxsin özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edildiyini deyib. 7 min şəxsin peşə hazırlığına, 292 min şəxsin peşəyönümü məsləhət xidmətlərinə cəlb edildiyini, 8485 şəxsə işsizlikdən sığorta təyin olunduğunu, bu ödənişlərdə də 30% artım olduğunu bildirib.

S.Babayev məşğulluq xidmətləri sahəsində innovativ həllərin tətbiqi və rəqəmsallaşdırma işlərini, “Məşğulluq” altsisteminin əhəmiyyətini qeyd edib. Altsistemdə 110 min vakansiyanın qeydiyyata alındığını, hazırda 14 min aktiv vakansiya olduğunu deyib. Əsas hədəflər olaraq “Əmək Münasibətləri” Alt Sisteminin (ƏMAS), ölkənin məşğulluq xəritəsinin, məşğul şəxslərin reyestrinin, qeyri-formal məşğulluğa nəzarət və monitorinq-səyyar yoxlama sistemlərinin, elektron əmək birjasının, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması və s. işlərini diqqətə çatdırıb.

Peşəyönümü məsləhət xidmətinin gənclərin əmək bazarı ilə bağlı məlumatlılığının artmasında, onların karyera planlamasında dəstək olduğunu bildirən S.Babayev bu xidmət sahəsində bir sıra yeni layihələri - “Alo Karyera”, “CV yarat”, “Mobil Peşə”, “Bacar” platformalarını qeyd edib. Bildirib ki, peşəyönümü məsləhət xidməti və karyera planlamasının rolunun artırılması, 1000-dək peşə və kvalifikasiya standartının hazırlanması və s. işlər də davam edir. Gələcək fəaliyyətə Karyera Mərkəzinin fəaliyyətə başlaması, uşaqlara peşə vərdişlərinin aşılanması üçün Cənubi Koreya modeli olan karyera şəhərciyinin qurulması, əmək yarmarkalarının təşkili, peşə mobilliyinin genişləndirilməsi və digər tədbirlər də daxildir.

Nazir bildirib ki, bu Forum peşəyönümü məsləhət xidmətinin önəmini və zəruriliyini hədəf qruplarına çatdırmaq, əmək bazarının hazırki durumu, əmək bazarında gələcəyin ən vacib bacarıqları və onlara yiyələnmək yolları barədə məlumatlığı artımaq, bu mövzuda dövlət, biznes və qeyri-hökumət sektorları üçün ortaq müzakirə platforması yaratmaq baxımından imkan verir.

Forumda çıxış edən natiqlər gənclərin əmək bazarına hazırlanması üçün onlarda əmək bazarı, işçi qüvvəsinə olan tələblər, gələcəyin peşə və bacarıqları barədə məlumatlılığın artırılmasının, onların peşə seçiminə hazırlanmasının, karyera planlamasında onlara dəstək göstərilməsinin önəmini qeyd ediblər.

Forumda Türkiyənin Çağ Universitetinin Fərdi inkişaf və strateji idarəçilik eksperti Murat Koç və İsraildən beynəlxalq spiker Tal Catran, eləcə də digər xarici və yerli spikerlər tərəfindən “Karyera məsləhət xidmətinə niyə investisiya edilməlidir?” “Post-pandemiyada dəyişən trendlər: Çətinlikləri fürsətlərə necə çevirməli?”, “Əmək bazarı və gələcəyin bacarıqları”, “Böyük şirkətlərə aparan karyera yolu/İnnovasiya və startapların karyeramıza təsiri”, “Uğura aparan karyera yolu. Dövlətin yaratdığı imkanlar” və s. mövzularda tematik “vorkşop”lar keçirilir. Yekunda spikerlərlə iştirakçıların birgə əməkdaşlığı nəticəsində gələcək yönümlü təklif, ideya və həllərin toplusunun hazırlanması nəzərdə tutulub.

Bakıda mənzildən qadın meyiti tapılıb
Bakıda mənzildən qadın meyiti tapılıb
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Saatlıda ərzaq mağazası yanıb
Saatlıda ərzaq mağazası yanıb
Loading Bars
Xəbər lenti
Türkiyə ilə Salvador arasında əməkdaşlıq üzrə bir sıra razılaşmalar imzalanıb
İngiltərə Liqa Kubokunun ikinci finalçısı müəyyələşib
Ötən gün koronavirusa 3,7 milyondan artıq yoluxma halı qeydə alınıb - ÜST
Türkiyə Ermənistanla danışıqların Yerevan və ya Ankarada keçirilməsini istəyir
Yunan-Roma güləşi üzrə Dünya Kuboku Bakıda keçiriləcək (FOTO)
Ceyhun Bayramov Vyanada 20 yanvar faciəsinə həsr olunmuş tədbirdə iştirak edib (FOTO)
Azərbaycanda avtomobil benzininin istehsalı artıb
Avropada qazın qiyməti min kubmetr üçün 900 dolları keçib
Bakıda mənzildən qadın meyiti tapılıb
Ceyhun Bayramov OPEC-in baş katibi ilə görüşüb (FOTO)
Ceyhun Bayramov avstriyalı nazirlə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
Tehran Rusiya qazının Azərbaycandan İranın cənubuna svop tədarükünü təklif edib
Türkiyə və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Özbəkistanda 5 yaşdan yuxarı uşaqların peyvənd olunmasına icazə verildi
Azərbaycanda mobil operatorların illik gəlirləri açıqlanıb
Ankara Putin-Zelenski görüşünə ev sahibliyi etmək niyyətindədir - Ərdoğan
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Mustafa Şentop 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Türkiyə ordusu 4 il ərzində 6 mindən çox terrorçunu zərərsizləşdirib
Naxçıvan Qarnizonu Qoşunlarında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib (FOTO)
Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatının artımını proqnozlaşdırır
ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli 4 ukraynalıya qarşı sanksiyalar tətbiq edib
ADPU kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (FOTO)
Prezident İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (VİDEO) (YENİLƏNİB)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 186 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib
Gənclər təşkilatlarının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Can Azərbaycanın müstəqilliyi üçün həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram - Fuat Oktay
Acunun İngiltərədə klub aldığı rəsmiləşdi
Saatlıda ərzaq mağazası yanıb
Ukraynada 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə fotosərgi açılıb (FOTO/VİDEO)
MDU-nun Tələbə Gənclər Təşkilatı 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr edilmiş tədbir keçirib (FOTO)
AHİK-in rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı dəhşətli cinayəti - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 189 faiz yerinə yetirib
MDU-da 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş sərgi-stend hazırlanıb
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb
Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)
Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb
Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb - AAYDA
Azərbaycan Ordusunda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)
Şamaxı - Dəmirçi avtomobil yolunun bəzi hissələri buz bağlayıb (VİDEO)
Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar (FOTO)
Ağdamda Şəhidlər Xiyabanı ziyarət olunub (VİDEO)
Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (VİDEO)
Qanunsuz hərbi forma geyinənlər 500 manat cərimə oluna bilər (VİDEO)
İranda daha 20 nəfər koronavirusdan ölüb
Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Qaxda avtomobillər toqquşub, ölən və yaralanan var
Ötən il 8800-dən çox ahıl və əlil şəxsə evində sosial-məişət xidmətləri göstərilib
Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb
Rusiyada son sutkada 40 minə yaxın yeni yoluxma qeydə alınıb
20 Yanvar şəhidlərinin xatirəsi Neftçalada dərin ehtiramla yad edilir
20 Yanvar hadisələri azərbaycanlıların öz dövlətçiliyinin və müstəqilliyin bərpası uğrunda mübarizəsinin əsasını qoydu - Şərh
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (FOTO)
ABŞ və NATO irimiqyaslı təlimlər keçirəcək
Türkiyə Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Rusiya XİN GUAM çərçivəsində nəqliyyat dəhlizlərinin genişləndirilməsi barədə
"Şəhid ailələri" İctimai Birliyi rektor Yusif Yusibovu fəxri fərmana layiq görüb (FOTO)
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ermənistanla etimadın yaradılması addımları müzakirə olunacaq - Çavuşoğlu
Bakıda metal qəbulu məntəqəsinin sahibinə cinayət işi açılıb (FOTO/VİDEO)
Hava nə vaxt sabitləşəcək?
Bakı-Şamaxı-Yevlax yolu buzdan təmizlənib, hərəkət bərpa olunub (VİDEO)
Azərbaycanda Teknofest-2022 festivalının ilk hazırlıqlarına start verilib
Dünyada inflyasiya sürətlənir: Azərbaycan hansı addımları atır?
Lənkəranda uşaqlara siqaret satanlar cərimələnib
Daha 5 nəfər saxlanılıb, 10 kiloqramdan artıq narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb (FOTO)
Azad olunmuş ərazilərdə internetlə bağlı fəaliyyət planı hazırlanıb - Nazir müavini
Dairə və məntəqə seçki komisiyalarının formalaşdırılması başa çatıb - Məzahir Pənahov
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (FOTO/VİDEO)
Sabah da qar yağacaq, güclü külək əsəcək
Azərbaycan xalqı, dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO/VİDEO)
ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Qazaxıstan səfiri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
20 Yanvar xalqımızın qəhrəmanlıq dastanıdır - Səttar Möhbalıyev
Yaxın zamanlarda “TURKOVAC”ın Azərbaycanda sınaqları aparılacaq
Mingəçevir Dövlət Universitetində 20 Yanvar mövzusunda tədbir keçirilib (FOTO)
Səhiyyə naziri karantin rejimindən danışdı
Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı işlər davam edir - Muxtar Babayev
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı işlər gedir - Baş prokuror
Azərbaycanda koronavirusa yoluxanların 40 faizi "omikron" ola bilər - Nazir
Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, xeyriyyəçi kimi qalıb - Rauf Əliyev
UNEC kollektivi Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsini yad edib (FOTO)
20 Yanvar müstəqillik uğrunda göstərilən iradəni təmsil edir - Türkiyəli tədqiqatçı
Türkiyə səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
"Tərtər işi"ndən heç kim siyasi məqsəd güdə bilməz - Kamran Əliyev
Mövlud Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda əzmini daha da artırdı - Prezidentin köməkçisi
Səlçuk Bayraktar Azərbaycanda keçiriləcək "Teknofest"lə bağlı paylaşım edib
Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir - Hikmət Hacıyev
Gürcüstan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini anıb (FOTO)
Qazaxıstan səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paylaşım edib
Salyan sakinindən 1 kiloqram narkotik götürülüb
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
20 Yanvar qəhrəman Azərbaycan xalqının müstəqilliyi üçün ayağa qalxdığı gündür - Yalçın Topçu
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib (FOTO)
Bütün xəbərlər