Bakı. Fərid Zöhrabov - Trend:
Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalı 10 faiz artıb.
Trend-in məlumatına görə, bunu müdafiə sənayesi naziri Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü ilə bağlı tədbirdə deyib.
M.Quliyev qeyd edib ki, 2021-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmuş ümumi məhsul həcminin 60%-dən çoxunu ixraca yönəltmək mümkün olub.
"Bunun nəticəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilməklə ümumi istehsal həcminin 2020-ci illə müqayisədə 10% artmasına nail olunub", - nazir deyib.