...

Azərbaycanda fəaliyyət göstərən QHT-lərin Xudafərinə səfəri başlayıb (FOTO)

Gündəm Materials 25 Dekabr 2021 16:59 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən QHT-lərin Xudafərinə səfəri başlayıb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycanda fəaliyyət göstərən 150-dən artıq qeyri-hökumət təşkilatının nümayəndəsi Cəbrayıl rayonununa səfər zamanı işğaldan azad edilmiş Xudafərin körpüsünə səfər ediblər.

Trend xəbər verir ki, səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutmuşdur. Səfər iştirakçıları əvvəlcə Xudafərin körpüsündə olublar.

Səfər çərçivəsində qeyri-hökumət təşkilatlarını müşaiyət edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan 44 günlük vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun böyük qəhrəmanlıqları nəticəsində Xudafərini işğaldan azad etməsi eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayət izləri haqqında qonaqlara məlumat veriblər.
Daha sonra səfər iştirakçıları Cəbrayıl şəhərinə doğru hərəkət ediblər. Onlar şəhərdəki "Dostluq" bulağı ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti