Bakı. Trend:
Son bir həftə ərzində dünyada 4,9 milyondan çox insan koronavirusa yoluxub, 44 mindən çox insan dünyasını dəyişib.
Trend xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əvvəlki 7 günlə müqayisədə yeni yoluxmaların sayı 11% artdığını, ölənlərin sayının isə 4% azaldığını bildirib.
"20-26 dekabr həftəsində oktyabrın əvvəlindən tədricən artımla yoluxmaların ümumi sayı əvvəlki həftəyə nisbətən 11% artıb", - deyə ÜST-ün həftəlik epidemioloji bülletenində qeyd edilir.
statistik məlumatlara görə, yeddi gündə ölənlərin sayı 4% azalıb. Ümumilikdə həftə ərzində 4 985 093 yoluxma aşkar edilib, 44 680 ölüm faktı qeydə alınıb.