...

“Omicron” ştamı əksər hallarda daha yüngül keçir - Təyyar Eyvazov

Gündəm 14 Yanvar 2022 11:39 (UTC +04:00)
“Omicron” ştamı haqqında nə məlumdur? Yeni ştamın digər mutasiyalardan fərqləri hansılardır?
“Omicron” ştamı əksər hallarda daha yüngül keçir - Təyyar Eyvazov

Bakı. Trend:

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov nazirliyin sosial şəbəkələrdəki hesablarına “omicron” ştamı ilə bağlı gələn sualları cavablandırıb.

Trend-in məlumatına görə, Təyyar Eyvazov bildirib ki, koronavirus infeksiyasının “omikron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün). Həmçinin yeni ştam yüksək yoluxucudur. Belə ki, o, artıq bir sıra ölkələrdə “delta” ştamını sıxışdıraraq qısa müddət ərzində dominant ştama çevrildiyi müşahidə olunur. Sürətlə yayılan “omicron” ştamı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti