...

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusundadır - Nikol Paşinyan

Gündəm 24 Yanvar 2022 21:40 (UTC +04:00)
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusundadır - Nikol Paşinyan

Bakı. Trend:

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq arzusundadır.

Trend-in məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində onlayn formatda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan Ankara ilə danışıqlar dinamikasının saxlanılması təqdirdə Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər:

"Biz artıq Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşünü keçirmişik. Və əgər bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyada keçiriləcək diplomatik forumda iştirak etmə ehtimalı yüksəkdir. Söhbəti davam etdirmək fürsətini əldən versək, məntiqsiz olar. Qeyd edək ki, dünya birliyi, o cümlədən Rusiya, Aİ, ABŞ, region dövlətləri, münasibətlərin tənzimlənməsi prosesini dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti