...

Azərbaycan Ordusunda 2 fevral - Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO)

Gündəm Materials 2 Fevral 2022 18:53 (UTC +04:00)
Azərbaycan Ordusunda 2 fevral - Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

2 fevral - Gənclər Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirlərdə çıxış edənlər Gənclər Gününün təntənəli surətdə qeyd olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu və bu gün də həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.

Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti