Bakı. Samir Əli - Trend:
Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan və digər şəxslərin barəsində axtarış davam etdirilir.
Trend-in məlumatına görə, bunu Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib. O qeyd edib ki, hazırda bu istiqamətdə işlər görülür.
"1988-ci ildə Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan və digər şəxslərin barəsində axtarış elan edilmişdi. Hazırda bu iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir. Həmin şəxslərin istintaqa cəlb olunması istiqamətində işlər aparılır”, - deyə idarə rəisi bildirib.