...

Müdafiə Nazirliyinin sabiq idarə rəisi barəsində 4 aylıq həbs qərarı verildi

Gündəm Materials 21 Fevral 2022 15:00 (UTC +04:00)
Müdafiə Nazirliyinin sabiq idarə rəisi barəsində 4 aylıq həbs qərarı verildi

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakı Hərbi Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Trend-n məlumatına görə, prosesdə təqdimat təmin edilib və M.Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi M. Qurbanov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib.

M.Qurbanov ehtiyatda olan polkovnikdir və o 27.08.2019-cu ildə ordu sıralarından tərxis edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti