...

Rusiyada internet çöksə, Azərbaycana təsiri olacaq? - AÇIQLAMA

Gündəm Materials 15 Mart 2022 10:49 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar informasiya texnologiyaları sahəsini də əhatə edir.

Bəs bu Azərbaycan üçün hansı təhlükələri yaradır?

Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, Azərbaycanın qlobal internet şəbəkəsinə bağlantısı “Delta Telekom LTD” MMM və “Azərtelekom” MMC-nin beynəlxalq internet kanalları vasitəsilə təmin edilir.

Qeyd edilib ki, yaradılmış internet magistralı həm şimal (Rusiya) və cənub (İran-Türkiyə), həm də qərb (Gürcüstan-Türkiyə-Almaniya, Gürcüstan - Bolqarıstan-Almaniya) istiqamətində tam yedəkli olaraq, beynəlxalq internet kanallarına malikdir. Hər üç istiqamətdən alternativ optik kanallar vasitəsi ilə Avropa İnternet Magistralına çıxış təmin olunur.

Beləliklə, hazırda Azərbaycanın qlobal internet şəbəkəsinə bağlantısı müxtəlif istiqamətlərdən alternativlik təmin edilməklə təşkil edilib. Regionda cərəyan edən hadisələri nəzərə alaraq hər hansı texniki problemlərlə bağlı Azərbaycana təhlükənin yaranmaması üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.

"".az" domeninin milli inzibatçısı tərəfindən hələ Vətən müharibəsinin ilk günlərindən “.az” domeni ilə bağlı bütün mümkün risklər nəzərdən keçirilərək operativ tədbirlər görülüb. O səbəbdən regionda baş verən proseslərin ".az" domeninin fəaliyyətinə ciddi təsir edəcəyini gözləmirik", - açıqlamada vurğulanır.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti